Düşənbə Qran Pri turnirinin ilk günündə cüdoçular 3 medal qazanıb - FOTOLAR

İyunun 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri start götürüb. SİA xəbər verir ki, finala qədər çıxan cüdoçumuz Gültac Məmmədəliyeva (-48 kq.) gümüş medal qazanıb. Həmçinin, -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Turan Bayramov gümüş medal əldə edib. -66 kq. çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov isə türkmənistanlı Hakim Ağaməmmədova qalib gələrək bürünc medal qazanıb.

Qran Pri turnirinin ikinci günündə 2 cüdoçumuz mübarizəyə başlayacaq. Kişilər arasında -73 kq. çəkidə İbrahim Əliyev və Nurlan Osmanov tatamiyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə