Messinin PSJ-dən ayrılacağı dəqiqləşdi

Messinin PSJ-dən ayrılacağı dəqiqləşdi

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə yollarını ayırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.

Mütəxəssis tarixin ən yaxşı oyunçusu ilə birlikdə çalışmaq şansının olduğunu bildirib: "Sabah "Klermon"la oyun Messinin komandadakı son matçı olacaq".

Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə