Bakıda “Qalatasaray” azarkeşləri klubun çempion olmasını qeyd edirlər

Bakıda “Qalatasaray” azarkeşləri klubun çempion olmasını qeyd edirlər. SİA-nın məlumatına görə, azarkeşlərin qələbə sevinclərini bölüşdükləri görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 2022/23 mövsümünün 36-cı turunda səfərdə “Ankaragücü”yə qalib gəlməklə (4:1) çempionluğunu rəsmiləşdirib.

Bu, “Qalatasaray”ın 23-cü çempionluğudur. Klub bu göstəricidən rekordçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə