İdmançıların taekvondo üzrə dünya çempionatı barədə TƏƏSSÜRATLARI

İdmançıların taekvondo üzrə dünya çempionatı barədə TƏƏSSÜRATLARI

Bu gün Bakıda taekvondo üzrə dünya çempionatının açılışı keçirilir. İdmançılar arasında hazırlıqlar gedir. SİA yarışla bağlı idmançılar arasında sorğu keçirib.

Azərbaycan kişilərdən ibarət yığmanın üzvü Taleh Süleymanov: "Mən artıq 7 ildir ki, taekvondo idman növü ilə məşğul oluram. Bu gün ölkəmizdə keçirilən teakvonda üzrə dünya çempionatı böyük əhəmiyyət kəsb edir. Ona görə də biz bu çempionata böyük məsuliyyətlə yanaşırıq. Uzun zamandır ki, bununla bağlı təlim-məşq toplanışınlarında iştirak edirik. Əlimzidən gələni edəcəyik ki, qələbə qazanaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldıraq. Mən mayın 31-də döyüşə çıxacam. Çox böyük motivasita ilə qələbə qazanmağı gözləyirəm".

Azərbaycan qadınlardan ibarət milli yığmanın üzvü Minayə Əkbərova: "Mən 15 ildir ki, taekvondo ilə məşğul oluram. Ayın 2-si 46 kq çəki dərəcəsində döyüşəcəm. Artıq beş aydır məşq edirik. Ümidliyik ki, bu yarışlardan qələbə ilə ayrılacaq, özümüzü, eyni zamanda xalqımızı sevindirəcəyik.

2016-cı ildə qadın idmançılarımız arasında qələbə əldə etmişik. Bu il keçirilən dünya çempionatında tərimizin son damlasına qədər qələbə uğrunda mübarizə aparacağıq".

Azərbaycan kişilərdən ibarət milli yığmanın üzvü Xanoğlan Kərimov: "Artıq 9 ildir ki, taekvondo ilə məşğul oluram. Gənclər arasında dünya ikincisi olmuşam. İki dəfə klublararası Avropa ikinciliyim var. Bu yarışlara da çox çalışmışıq. İlin əvvəlindən yarışlara hazırlaşırıq. 63 kq çəki üzrə yarışıram. Böyüklər arasında ilk dünya çempionatımdır. Ayın 1-i yarışa çıxacam. Gənclər arasında olan iki gümüş medalımı bu yarışda qızıla çevirmək istəyirəm.

Millimizin üzvü Cavad Ağayev bu gün məğlub oldu. Onun nəticəsinə pis oldum. Çünki bütün komanda yoldaşlarımdan yaxşı nəticə gözləyirdim. İnşallah növbəti günlərdə yoldaşlarım medal qazanar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə