Taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb

Mayın 29-da başlayacaq və iyunun 4-dək qədər davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə