“Xatirə Kuboku” turnirində qrup mərhələ oyunlarına yekun vurulub

Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində qrup mərhələ oyunlarına yekun vurulub. SİA xəbər verir ki, ötən gün keçirilmiş qarşılaşmalarda qrup liderləri bəlli olduğundan , bugünkü matçlardan sonra qrup ikinciləri müəyyənləşib.

Bugünkü oyunlarda "Teleqraf" MQ və "Təzadlar" qəzeti komandaları qələbə qazanıb.

Ümumilikdə qazandıqları xallar nəticəsində finalda yarışacaq komandalar müəyyənləşib. 3 iyun tarixində keçiriləcək növbəti oyunda APA İA və AzərTAC, AzTV və "Yeni Müsavat", ATV və "Teleqraf" MQ, sonda isə "Futbol+" və ARB TV qələbə uğrunda mübarizə aparacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə