“Benfika” dörd il fasilədən sonra Portuqaliya çempionu oldu

“Benfika” son 4 ildə ilk dəfə Portuqaliya çempionluğunu qazanıb. SİA xəbər verir ki, Rocer Şmidtin komandası son turda “Santa Klara”nı məğlub edərək (3:0) 87 xal toplayıb və titulunu təmin edib.

“Porto” 85 xalla ikinci, “Braqa” 75 xalla üçüncü, “Sportinq” 74 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu, “Benfika”nın 38-ci çempionluğudur. Klub bu göstərici üzrə Portuqaliya rekordçusudur. “Portu” 30, “Sportinq” isə 19 dəfə ölkə çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə