"Yarışlarda 145 ölkədən idmançılar iştirak edəcək" - NAZİR MÜAVİNİ DANIŞDI

"Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən qürur hissi duyur. Bildiyiniz kimi, növbəti günlərdə 145 ölkədən 2000-ə yaxın idmançı yarışlara qatılacaq. İnanıram ki, bu tədbir bütün azərkeşlər üçün maraqlı bir hadisəyə çevriləcək". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva mətbuat konfransında deyib. O qeyd edib ki, həmçinin, biz bu il dünya taekvondosunun 50 illiyini qeyd edirik: "Ona görə də Azərbaycan üçün böyük fəxarət hissidir ki, həmin mərasimləri burada keçiririk. Gördüyüm qədərilə Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük zəhmət çəkib. Əminəm ki, bu zəhmətin bəhrəsini görəcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə