Şenol Günəş: Azərbaycan xalqına təşəkkür edirəm

Şenol Günəş: Azərbaycan xalqına təşəkkür edirəm

Türkiyə Superkubokunu yaxud da başqa oyunu Bakıda keçirmək bizim üçün yalnız faydalı ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş “Beşiktaş” - "Sabah" xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Dostluq matçı üçün Bakıya gəldiklərini deyən Şenol Günəş Azərbaycan xalqına təşəkkür edib: “Matç zamanı bütün oyunçulara şans vermək istədik. Belə qarşılaşmalar davamlı olmalıdır. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə