Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirinin açılışı baş tutub. SİA xəbər verir ki, turnirin ilk günündə “SƏS” MQ ilə Xalq qəzeti, ARB TV ilə Trend İA, ATV ilə “İki sahil” qəzeti, "Futbol+”qəzeti ilə İdmanxəbər.az, "Təzadlar" qəzeti ilə "Yeni Müsavat" qəzeti mübarizə aparıb.
Qeyd edək ki, bu gün keçirilən beş oyunun ikisi texniki məğlubiyyətlə sona çatıb.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB