İspaniya Futbol Federasiyasının İqnasio Nunez Lukenin sədrlik etdiyi beş nəfərdən ibarət UEFA Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Komitəsi "Barselona"ya Çempionlar Liqasında növbəti mövsüm iştirak üçün lisenziya verib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Kataloniya təmsilçisi ilə yanaşı, ümumilikdə 18 klub bu hüquqa yiyələnib.
Mart ayında UEFA-nın Neqreyra məsələsinə görə "Barselona"nı bir mövsümlük avrokuboklardan kənarlaşdıra biləcəyi barədə məlumat yayılmışdı .
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb. Kataloniya təmsilçisi 2001-2018-ci illərdə Neqreyraya 7,3 milyon avro köçürdüyü iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB