Gənc karateçimiz Avropa çempionu oldu

Gənc karateçimiz Avropa çempionu oldu

28-30 aprel tarixlərində Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF / ESF) təşkilatçılığı ilə 13-cü avropa çempionatı keçirilir.

Çempionatın il günündə 14-15 yaş, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Tahir Ələkbərov şobu ippon, şobu sanbon qaydaları üzrə keçirdiyi bütün döyüşlərin hamısını qələbə ilə başa vurub.

T. Ələkbərov kürsünün birinci pilləsinə qalxaraq, avropa çempionu tituluna sahib olub.

Qeyd edək ki, gənc Avropa çempionumuz Tahir Ələkbərov "Ağstafa Fudokan Karate-do Mərkəzi"nin yetirməsidir.

T.Ələkbərovun şəxsi məşqçisi vətən müharibəsi iştirakçısı, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilən, ehtiyyatda olan baş-leytenant Samir Ələkbərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə