Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib

Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçimiz Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə halqalar ilə hərəkətlərdə uğurla çıxış edərək mərhələ adlayıb.

Halqa ilə final yarışları aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, Qahirədə təşkil olunan turnir dünya kubokunun dördüncü mərhələ yarışıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə