İtaliya kubokunda yarımfinala start verilib. SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Yuventus" "İnter"i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. "İnter" bərabərlik qolunu 90+5-ci dəqiqədə penaltidən vurub.
"Yuventus" - "İnter" - 1:1
Qollar: Kuadrado, 83 (1:0), Lukaku, 90+5-pen. (1:1)
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB