“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin “Barselona”ya qayıtması üzərində işləməyi planlaşdırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, argentinalı ilə əsas Kataloniya klubu arasındakı münasibətlər 2021-ci ildə oyunçunun ayrılmaq məcburiyyətində qalması ilə pisləşib.
Bildiyiniz kimi, Messi “Barselona”ya qayıtmağa hazırdır, lakin keçidin baş tutması üçün Laporte onunla əlaqə yaratmalıdır.
Bu arada jurnalist Toni Xuanmarti, “mavi qarnetlər”in prezidenti Joan Laportanın bu yay 35 yaşlı hücumçunun geri dönüşünü təşkil etmək üçün hər şeyi edəcəyini bildirib. Təbii ki, bu klubun maliyyə rifahına xələl gətirməyəcəyi təqdirdə baş verəcək.
Qeyd edək ki, bir müddət bundan əvvəl Messi “Barselona”nın təyin edəcəyi məvaciblə qane olacağını da bildirmişdi.
Yeri gəlmişkən, Lionel Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB