Ansi Aqolli Bakıya gəldi - FOTO

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib. SİA xəbər verir ki, albaniyalı keçmiş müdafiəçi bununla bağlı İnstaqram hesabında paylaşım edib.

Ağdam klubunun bazasını ziyarət edən Aqolli komandanın kapitanı Maksim Medvedev və həmyerlisi Redon Cica ilə görüşüb.

Xatırladaq ki, Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə