Deyəsən, məsələ ciddiləşir. Belə ki, “Real Madrid”ın baş məşqçisi Karlo Ançelottinin gələcəyi qeyri-müəyyən olaraq qalmaqdadır.
Doğrudur, bizlərdə gərək ki, yıxılan gülmək elə də yaxşı hal kimi qəbul edilmir.
Yeri gəlmişkən dünən İspaniya mətbuatı artıq “Barselona”nın çempionluq üçün açarı əldə etdiyi barədə yazmışdı.
O da maraqlıdır ki, ötən gün italyan məşqçi ömürlük klubda qalmağa hazır olduğunu desə də, “Real Madrid” liderlərinin sükançını dəyişdirmək barədə düşündüyü haqda xəbərlər yayılmaqdadır.
Bu arada “RadioMARCA”nın məlumatına görə, komandanın sabiq oyunçusu Raul Qonzales Blanko “Real Madrid”in sükanı arxasında Karlo Ançelottini əvəz edə biləcəyini bəyan edib(?)
Qeyd edək ki, hazırda o, 45 yaşlı ispaniyalı “Real Madrid”in gənclərdən ibarət komandası ilə çalışır. O da maraqlıdır ki, Raul belə bir təklif alacağı təqdirdə əsas komandanı qəbul etməyə hazır olduğunu bildirib.
Yeri gəlmişkən, “Real Madrid”in gənclər komandası hazırda Raulun rəhbərliyi altında yaxşı mövsüm keçirir. Xatırladaq ki, 2019/2020 mövsümündə Raulun rəhbərliyi altında "qaymaqlılar" UEFA Gənclər Liqasının qalibi olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB