Novruz festivalında hansı idman növləri iştirak edir? - QURUM RƏSMİSİ AÇIQLADI
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi eyni zamanda Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda Novruz Bayramı ilə əlaqədar olaraq idman festivalı keçirilir.
SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin Qeyri-olimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov bildirib.
Qurum rəsmisi təşkil olunan festivalda çalışdıqları qədər Azərbaycanın bütün milli idman növlərinin iştirak etməsini təmin etdiklərini bildirib: "Əsasən milli güləş, zorxana və pəhləvan güləşi, qılıncoynatma, kəndirdartma, ənənəvi oxatma və s. idman növləri tədbirimizdə iştirak edir. Həmçinin qeyd etmək istərdim ki, dünya xalqlarının da milli idman növləri bizim assosiamızda fəaliyyət göstərir. Əsas məqsədimiz milli idman növlərimizin inkişaf etdirilərək, gəcnlərimiz arasında bu idman növlərinə olan marağı artırmaqdır. Hər bir azərbaycanlı gənc öz milli xüsusiyyətini tanımalı və bilməldir. Təbii ki, bizim milli idman növlərimiz böyük tarixə dayanır".
Aydın Məmmədov fürsətdən istifadə edərək Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib: "Hər birinizi bu gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, evlərinizdə əmin-amanlığ, ruzi-bərəkətiniz bol, səmamız açıq olmasını diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB