Messi məşqi yarımçıq tərk etdi

Messi məşqi yarımçıq tərk etdi

PSJ-nin hücumçusu Lionel Messi bu həftənin çərşənbə axşamı komandanın məşqini vaxtından əvvəl tərk edib. SİA Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu baş məşqçi Kristof Qaltyenin ona təklif etdiyi məşqlərdən narazı qaldığı üçün bu addımı atıb. Mütəxəssis 35 yaşlı oyunçunu məşqdə qalmağa razı salmağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə