“İdman gimnastikası üzrə dünya kuboku 7-ci dəfədir keçrilir” - BAŞ KATİB DANIŞDI

“İdman gimnastikası üzrə dünya kuboku 7-ci dəfədir keçrilir” - BAŞ KATİB DANIŞDI

“Bu gün gimnastika idman növü üzrə dünya kubokunun yarışlarına start verilib. Biz 2016-cı ildən etibarən gimnastikanın olimpiya növləri üzrə yarışları təşkil edirik. Bu ilki dünya kuboku idman gimnastikası üzrə artıq 7-ci dəfədir ki, keçirilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə bildirib.

Onun sözlərinə görə, yarışlar dörd gün davam edəcək. İlk iki gün təsnifat, daha sonra isə final mərhələləri üzrə yarışlar baş tutacaq.

Azərbaycan gimnastları bu yarışlarda iki kişi və iki qadın gimnastı ilə təmsil olunur. Azərbaycanda 2016-cı ildən dünya kuboku yarışları keçirilsə də, bu ilki say (48 ölkə) rekord saydır. Bu isə yarışların ölkəmizdə yüksək səviyyədə keçirilməsi ilə əlaqədardır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə