Cüdoçularımızın uğuru

Cüdoçularımız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirini bir medalla başa vurublar.

SİA-nın əldə etdiyi məlumata görə, bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.

73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.

Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə