Karlo Ançelotti 2022/2023 mövsümünün sonunda “Real Madrid”dən Braziliyaya keçməyə razılaşıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ESPN-in Braziliya bölməsi məlumat yayıb.
Qeyd olunur ki, yaxın vaxtlarda heç kim Karlo Ançelottinin gözlənilən təyinatını açıqlamayacaq. Eyni zamanda, “Real Madrid”dən olan braziliyalıların vəziyyətlə bağlı artıq məlumatlandırıldığı iddia edilir.
Karlo Ançelotti 2026-cı il dünya çempionatının sonuna qədər Braziliyanı çalışdıracağına dair müqavilə imzalayacaq.
Verilən məlumatlara görə, prinsipcə razılıq əldə olunub və hazırda tərəflər müqavilənin detallarını yekunlaşdırırlar. Xatırladaq ki, DÇ - 2022-dən sonra Tite Braziliya millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB