Qalatasaray"ın qapıçısı meydana çıxa bilməyəcək

Türkiyə Super Liqasının 22-ci turunda "Trabzonspor"la oyunda (2:1) zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın durumu bəlli olub. SİA İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tibbi müayinədən keçən uruqvaylı qolkiper 1 aya yaxın müddətdə meydana çıxa bilməyəcək. Onun ayaq sümüyündə zədə var.

Xatırladaq ki, 36 yaşlı qapıçı matçın 85-ci dəqiqəsində zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə