PSJ "Lion" klubunun futbolçusu Rayan Şerkini transfer etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Lion"un prezidenti Jan-Mişel Olas yerli mətbuata açıqlamasında deyib. O, Paris klubundan 19 yaşlı yarımmüdafiəçi təklif aldıqlarını bildirib.

Qeyd edək ki, Şerki bu mövsüm 18 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə