"Qalatasaray" "Liverpul"un futbolçusunu transfer edir

"Qalatasaray" "Liverpul"un futbolçusunu transfer edir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi "mersisaydlılar"ın müdafiəçisi Nat Filipsi sıralarına qatmağa yaxındır.

Super Liqa klubu hazırda 25 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlar aparır. Onun keçidinin tezliklə həll edilməsi gözlənilir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Nat Filips 2019-cu ildən bu klubun əsas komandasında çıxış edir. O, hazırda icarə əsasında "Bornmut"un formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə