U-16 qızlar komandamızın hazırlığı davam edir

U-16 qızlar komandamızın hazırlığı davam edir

Ankarada təlim-məşq toplanışında olan U-16 qızlardan ibarət yığma komandamız növbəti hazırlıq oyununu keçirib. SİA xəbər verir ki, "Ted Ankara Kolejiler" qız klubu ilə qarşılaşan millimiz gərgin mübarizənin sonunda parketdən 58:56 hesablı məğlubiyyət ilə ayrılıb. Qeyd edək ki, qızlarımız təlim-məşq toplanışı çərçivəsində daha bir neçə yoxlama oyununda öz qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə