"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirdi

"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirdi

"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib. SİA xəbər verir ki, "şəhərlilər" Argentinanın “Veles Sarsfild” klubunun yarımmüdafiəçisi Maksimo Perroneni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı argentinalı üçün 11 milyon avro ödənilib. Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Perrone "Veles Sarsfild"in yetirməsidir. O, klubda ümumilikdə 33 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə