Ermənistan millisinə yeni baş məşqçi təyin olundu

Ermənistan millisinə yeni baş məşqçi təyin olundu

Ermənistan millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb. Komandanı ukraynalı Aleksandr Petrakov çalışdıracaq.

2021-2022-ci illərdə Petrakov Ukrayna millisini çalışdırıb. O, yanvarın 12-də bu vəzifəni tərk edib. 2022-ci ildə Petrakov Ukrayna millisinin baş məşqçisi kimi UEFA Millətlər Liqasında Ermənistanı 2 dəfə məğlub edib (3:0, 5:0).

Petrakovdan əvvəl Ermənistan millisini ispaniyalı Xoakin Kaparros çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə