Messi və Ronaldu qarşılaşmasında rekord satış oldu

Messi və Ronaldu qarşılaşmasında rekord satış oldu

Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lionel Messi və Kriştianu Ronaldunu üz-üzə gətirəcək qarşılaşmaya böyük maraq var.

Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Bildirək ki, Messi PSJ-nin, Ronaldu isə "Əl Nəsr"in formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə