Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” klubu növbəti yoxlama oyununu keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tovuz klubu ikinci sınağında İsveçrənin "Arau" komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu Ayxan Hüseynov vurub.
Qeyd edək ki, "Turan Tovuz" Antalyadakı ilk matçında Rumıniya "Petrolul"una 2:3 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB