“Krasnodar” klubu Kadi Borqesi heyətinə qatıb

“Krasnodar” klubu Kadi Borqesi heyətinə qatıb

Rusiyanın "Krasnodar" klubu "Qarabağ"dan ayrılan Kadi Borqesi heyətinə qatıb. SİA xəbər verir ki, Rusiya təmsilçisi bu barədə açıqlama yayıb.

Braziliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilin iyununadək müqavilə imzalanacaq. Onun "Krasnodar"la təlim-məşq toplanışı üçün bu ay Dubaya gedəcəyi vurğulanıb.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə