"Milan"dan yeni transfer

"Milan" Paraqvayın "Quarani" klubundan Devis Vaskesin transferini açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, kolumbiyalı qolkiperlə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb. O, "Milan"da 77 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 24 yaşlı qapıçı 2020-ci ilin yayından "Quarani"də çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə