Mixael Şumaxerin oğlu “Mercedes” ilə müqavilə imzalayıb

Mixael Şumaxerin oğlu “Mercedes” ilə müqavilə imzalayıb

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin oğlu Mik “Mercedes” komandası ilə müqavilə imzalayıb. SİA Almaniya komandasına istinadla xəbər verir ki, tərəflər arasında 2023-cü il mövsümünün sonunadək anlaşma əldə olunub.

Müqaviləyə əsasən, Mik Şumaxer “Mercedes”in ehtiyat pilotu olacaq. O, “W14” bolidinin inkişafında yaxından iştirak edəcək, həmçinin simulyatorlar üzrə çalışacaq və marketinq üzrə tədbirlərə qatılacaq.

Ehtiyat pilot “Mercedes” ilə növbəti mövsüm bütün Qran-Prilərdə iştirak edəcək.

Qeyd edək ki, növbəti mövsüm Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə