Musa Qurbanlı üçün 350 min avro...

Musa Qurbanlı üçün 350 min avro...

Polşanın “Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ bəlli olub.

SİA-nın əldə etdiyi məlumata görə, Ekstraklasa təmsilçisi Azərbaycan millisinin üzvünün transferinə görə 350 min avro xərcləməyə hazırdır

Hücum xəttində ciddi problemlər yaşayan klub qış transfer dövründə 20 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlının klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə