İspaniya Futbol Federasiyası Luis de la Fuentenin İspaniya milli komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, de la Fuente əvvəllər İspaniyanın yeniyetmə və gənclərdən ibarət komandaları ilə çalışıb. Mütəxəssis Qətərdəki dünya çempionatından sonra əsas komandadakı vəzifəsinə başlayacaq.
Qeyd edək ki, o bu postda Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində milli komandanın mübarizədən kənarlaşdırılmasından sonra istefaya göndərilən əvvəlki baş məşqçi Luis Enrikeni əvəzləyib.
Xatırladaq ki, de la Fuentenin rəhbərliyi altında İspaniya yığması 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
Yeni məşqçi əsas komandada debütünü 2024-cü ilin martında Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Norveç və Şotlandiyaya qarşı keçirəcək.\
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB