Azərbaycan birinci divizionunun 14-cü turunun ötən gün keçirilən "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununun hakimləri Bakıya qayıdarkən avtomobil qəzasına düşüblər. SİA xəbər verir ki, Yevlaxda baş verən qəzada toqquşan maşınlardan birində hakimlər - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov olub.
Ceyhun Haşımov və Elmin Süleymanovun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB