DÇ-2022: Qana millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Qana millisinin baş məşqçisi Otto Addo istefa verib. SİA Qana Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis yığmanın Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşmasından sonra vəzifəsindən ayrılıb.

Afrika təmsilçisi H qrupunu 3 xalla sonuncu pillədə başa vuraraq, mundialda mübarizəni dayandırıb.

Qeyd edək ki, Otto Addo bu ilin fevralından Qana seçməsinə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə