Braziliya Fransanın 1998-ci ildəki rekordunu təkrarladı

DÇ-2022-nin 2-ci turunda İsveçrəyə qalib gələn (1:0) Braziliya millisi pley-offa vəsiqəni təmin edib. SİA xəbər verir ki, komanda ilk iki oyunda rəqiblərə qapısına bir zərbə belə vurmağa imkan verməyib.

Buna qədər yalnız Fransa millisi 1998-ci ildə keçirilən mundialda bunu bacarmışdı.

Qeyd edək ki, Braziliya millisi ilk turda Serbiyaya 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə