Bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışına yekun vurulub

Bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışına yekun vurulub

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışına yekun vurulub. SİA xəbər ki, turnirdə 2010-2016-cı il təvəllüdlü gimnastlar güclərini nümayiş etdiriblər.

Gimnastlar fərdi yarışlarla yanaşı, qrup hərəkətləri proqramında da medallar uğrunda mübarizə aparıblar.
Birinci “Ocaq” beynəlxalq kuboku yarışında 13 ölkədən 317 gimnast çıxış edib. Yarışda ölkəmiz 200 gimnastla təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə