“Barselona”nın müdafiəçisi Ektor Bellerin növbəti transfer pəncərəsində klubu tərk edə bilər. Belə ki, futbolçu İtaliyanın “Roma”sına təklif olunub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə jurnalist Nikolo Şira məlumat verib.
Qeyd edək ki, ispan jurnalist bu ayrılığı Bellerinin Xavinin planında olmaması ilə əlaqələndirib. Və ispan oyunçu Karsdorpun əvəzedicisini axtaran "Roma"ya təklif olunub
Xatırladaq ki, cari mövsümündə Bellerin cəmi üç matçda meydana buraxılıb. Belə ki, futbolçu “Barselona”nın Çempionlar Liqasında keçirdiyi iki görüşdə iştirak edib
Yeri gəlmişkən, “Barselona” 14-cü turdan sonra İspaniya çempionatının turnir cədvəlində birinci yeri tutur. Belə ki, Xavinin komandası 37 xal toplayıb. İkinci sırada Real Madrid (35) qərarlaşıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB