U-21 millimiz yenə uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, Samir Əliyevin rəhbərlik etdiyi komanda Macarıstanın U-21 yığması ilə qarşılaşıb.

Qarşılaşma macarların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, millimiz noyabrın 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə