İlkay Gündoğandan transfer açıqlaması

İlkay Gündoğandan transfer açıqlaması

"Mançester Siti"nin türk əsilli alman yarımmüdafiəçisi İlkay Gündoğan "Liverpul"a keçmə ehtimalını şərh edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı oyunçu deyib:

"Düşünürəm ki, mən bu ehtimalı istisna edə bilərəm. Bu komandanın baş məşqçisi Yurgen Kloppa nə qədər hörmət etdiyimi hamı bilir. Amma mən uzun illərdir “Mançester Siti”də oynayıram. "Siti"nin kapitanı kimi, rəqib kluba transfe rolunmağı təsəvvür edə bilmirəm".

Qeyd edək ki, Gündoğan bu mövsümdə "Mançester Siti"nin heyətində 20 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə