20 avtobus gecikmə ilə hərəkət edir - BNA

Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.

Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata əsasən, 16 müntəzəm marşrut xətti üzrə 20 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Belə ki, Heydər Əliyev prospekti (kənar yol) şəhər istiqamətində 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 15-20 dəqiqə interval müşahidə olunmaqdadır.

Moskva prospekti kənar yol və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən şəhər istiqamətində isə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə gecikmə yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...