Mentalitet niyə yalnız qadınlara aid edilir? - VACİB MƏQAMLAR - PSİXOLOQ İZAH ETDİ

Mentalitet niyə yalnız qadınlara aid edilir? - VACİB MƏQAMLAR - PSİXOLOQ İZAH ETDİ

"Qadın və kişi fərqliliyi əsrlər boyunca insanların mübahisə obyekti olmuşdur. Kişilərlə qadınlar görəsən doğuşdan fərqlidirlər, yoxsa onları bu cür formalaşdıran cəmiyyətdir? Kişilərlə qadınlar bəzi mühüm xarakterlərə görə həqiqətən fərqlənirlər. Lakin gender kimi qadın və kişinin bərabər olduğu qeyd olunur. Bəs həqiqətən elədirmi?". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, nə qədər bərabərlikdən bəhs etsək də, qarşılaşdığımız situasiyalar bizə tam əksin göstərir: "Xüsusilə də bu vəziyyətə, mentalitetin təsiri böyükdür. Mentalitet-sosial və ya etnik qrupa, millətə, insanlara, milliyətə xas zehni, emosional, mədəni xüsusiyyətlər, dəyər yönümləri və münasibətlər toplusudur".

Psixoloq sözlərinə belə davam edib: "Bu düşüncələr bizləri cəmiyyətin istədiyi kimi formalaşdırır. Misal “kişilər “güclü”, qadınlar isə “zərif, gücsüz” olaraq. Lakin bununla yekunlaşmır. Daim qadın və kişilərin həyatına müdaxilə edilir. Müəyyən “olarlarla”, ” olmazlarla”, "günah" anlayışları ilə insanların həyatına təsir olunur. Bunun da əsasında da mentalitet, dini, mədəni-etnik dəyərlər durur. Xüsusilə də bu dəyərlər qadınlara aid olunur. Çünki “qadın” istənilən kriteriyaya sahib olmalıdır.Əks təqdirdə cəmiyyətdən sosial cəhətdən təcrid olunur və heç kim tərəfindən istənilməyəcək.

İlk olaraq “qadın kişidən aslıdır” düşüncəsi, inancı bunların formalaşmasına səbəb olur. Halbuki, istər qadın, istərsə də kişi ayrı-ayrılıqda bir şəxsiyyətdirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə