Yardımlıda dini radikalizm və ekstremizmdən qoruma yolları müzakirə edilib

Yardımlıda dini radikalizm və ekstremizmdən qoruma yolları müzakirə edilib

Yardımlı şəhər 4 saylı tam orta məktəbinin akt zalında Yardımlı Rayon Gənclər və İdman İdarəsi, Yardımlı Rayon Təhsil Şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev tədbir iştirakçılarını salamlayaraq ilk öncə gənclərə ölkədə həyata keçirilən Dövlət Gənclər siyasəti haqqında ətraflı məlumat verib.

Daha sonra o, mövzu haqqında fikirlərini bölüşərək bildirib ki, bu gün dini radikalizm və ekstremizmə qarşı ən effektiv mübarizə üsulu kimi yeniyetmə və gənclərin öz milli-mənəvi irsimizə bağlı vətənpərvər vətəndaş kimi böyüməsi və fəaliyyət göstərməsidir. O, həmçinin Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdə canı və qanı ilə mübarizə aparan müxtəlif dini konfessiyaların mənsubları olan soydaşlarımızın bir bayraq, bir ideologiya: "Azərbaycançılıq" ideologiyası ətrafında birləşməsini böyük qürur hissi ilə xatırlayaraq bütün gəncləri Dövlətimizin ətrafında sıx şəkildə birləşməyə səsləyib.

Daha sonra tədbirdə çıxış edənlər ölkədə dövlət-din münasibətlərinin vəhdətimdən, gənc nəslin milli vətənpərvər ruhda böyüməsinin əhəmiyyətindən ətraflı şəkildə söz aıblar.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə