Döyüş tipli oyunlar uşaqların psixologiyasına necə təsir edir?- PSİXOLOQ AÇIQLADI
“Gündəlik həyatda müşahidə edirik ki, uşaqlar qarşılaşdığı çətin vəziyyətdən çıxmaq üçün bir sıra hərəkətlər edir. Bəziləri dırnaqlarını, saçını çeynəyir, əli ilə oynayır. Bu kimi hərəkətlər var ki, onların davranış tərzini göstərə bilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərli deyib.
“Bu gün qazanılma davranış tərzləri var ki, artıq biz burada övladlarımızın telefonlara olan meyillərini, daha çox telefonlarda vaxt keçirmələrini qadağan etdikdə, onlarda gərginliyi artıra bilərik və uşaq stress vəziyyətinə düşə bilər. Burada belə hərəkətlərin qarşısını tədricən almaq, onlara yavaş-yavaş başa salmaqla tərgitmək lazımdır. Çünki bu hərəkətlər avtomatik bir vəziyyətə düşdükdə zərərli vərdiş və adətlərə çevrilir. Yəni zərərli vərdiş və adətlərə çevrilmiş bir vəziyyətdə yəqin ki, biz övladlarımıza yaxından yaxşı təsir etmək əvəzinə bəzən də biz sürətli şəkildə onların üstünə getmiş oluruq. Gəlin biz müəyyən yaş kateqoriyasını götürək. O yaş kateqoriyalarını götürək ki, bu kateqoriyaların içərisində artıq birinci şəxsiyyət dövrünün axırına yaxın və ikinci şəxsiyyət dövrünün başlanğıcıdır ki, bu, yeddi yaşa yaxın uşağın anatomiyasında və fiziologiyasında onun təlim fəaliyyətini şərhləşdirən əsaslı dəyişikliklər baş verir. Təsəvvür edin beyinin çəkisi 1350 qrama çatır, alın payı və böyük yarımkürələr həcmcə və çəkicə artıq inkişaf edir. Bu inkişaf edən 7 yaşdan 10 yaşadək uşağın fiziki inkişafının göstəricilərini tamamilə çox fərqli bir məqamda göstərə bilərik. Məsələn, bunun üçün yaş psixologiyası var ki, yaş psixologiyasında biz onu cədvəl şəklində göstəririk ki, qızlarda və oğlanlarda yaşları, boyları, çəkisi və s. kimi faktorlar hansı formada hansı yükü daşıya bilərlər. Bir uşağın bir oyuna daxil olması onun həyatında bir sıra psixoloji dəyişikliklərə səbəb olur. Necə ki, uşaq məktəbə gedərkən artıq onun psixoloji gərginlikləri ola bilir. Bəzi uşaqlar niyə ağlayırlar? Bu gün onların beynində artıq informasiya o qədər yüklənir ki, dərs yükünü belə daşıya bilmirlər, bu yükü öz beyinlərinə çəkə bilmirlər. Təsəvvür edin ki, azyaşlı uşağın telefonda döyüş tipli oyunları oynaması onların aqressiyasına və gələcəkdə bir cinayətin rahatlıqla törədilməsinə gətirib çıxarır. Çünki bir oyunu oynadıqda həmin oyunun içində özünü nə zaman qalib hesab edir? O hansısa döyüşçünü öldürdükdə düşünür ki, “mən onu maşınla vurdum, sonra onu yaralı halda maşından çıxardım və maşınını oğurlayıb apardım”. Sonra isə bunu gələcəkdə həyat tərzində çevirmək istəyirlər. Biz cinayətlərin statistikasına baxsaq görərik ki, yeniyetmələrlə 25-30 il öncəki yeniyetmələr arasında hansı fərqlər var. Yəni psixoloji olaraq o oyunlar beyinə elə bir formada təsir edir ki, qarşındakı düşməndir deyərək müəyyən bir məqamlarda bu bizə kömək edə bilər. Biz qarşımızdakı düşmənimizə, ermənilərə oyundan oynadığımız bəzi məqamlar olmuşdu ki, onların dərisini boğazından çıxarmaqda bizə çox gözəl köməklik edə bildi. Lakin gəlin görək digər tərəfdən insanların öz əzizlərinə etdiyi addımlarda bəs nələr baş verir? Burada bir cinayətin motivini göstərəcək məqamlar önə çıxa bilir. Məsələn, yeniyetmələr var ki, onların həmin oyunlardan istifadən etməsi zamanı onlar deyirdilər ki, “mən oyun zamanı qarşımdakı düşməni erməni olaraq görürdüm”. Hətta mən qazilərimizlə söhbət edərkən onlar deyirdilər ki, “İnanırsınız ki, vaxtilə kompyuter oyununda döyüş oyunu oynayanda qarşımdakı düşməni gördükdə necə didib parçalayırdımsa, mən canlı həyatda da onu etdim və mən bu gün qalibəm. Qazi olsam da bədənimin yarı hissəsini itirmiş olsam da, amma buna nail oldum”. Demək ki, burada ikitərəfli gedəcək, insan şüuruna və psixologiyasına təsir edəcək məqamlar var. Vətənpərvərlik hissi ilə olan oyunlar tamam başqadır, amma digər oyunlar var ki, həqiqətən də biz həmin oyunlarda qatilliyə, soyuqqanlığıya və insana qiymət verməməyə doğru addımlar atırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə