Ruhi xəstəlikləri uşaqlıq dövrlərindən müəyyən etmək mümkündürmü? - PSİXOLOQ AÇIQLADI
"Uşaqlarda hər hansı bir psixi pozuntunun və yaxud da psixi xəstəliyin olmasını müəyyənləşdirmək üçün uşaq psixiatırına müraciət etmək vacibdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, hər hansı bir ruh xəstəlikləri və yaxud da şizofreniya, ya digər xəstəliklər, ümumiyyətlə, yeniyetməlikdə daha çox özünü göstərir: "Kiçik yaşlı uşaqlarda bunu görmək çətin olur. Əgər uşaqlar kiçik yaşlarında inkişaf ləngiməsində olurlarsa yəni biz buna deyirik alioqofreniya və yaxud da autizm, Daun sindromu və yaxud da uşaq serebral iflici və s. bunlar gözlə görünəcək qədər olduqlarına görə bu, yaş yarım iki yaşdan artıq görülə bilir. Təəssüf ki, şizofreniya və digər ruh xəstəlikləri yeniyetməlik dövründə daha da şiddətlənir və onda daha çox gözə çarpır. Düşünürəm ki, bu dövrdə yeniyetməlik dövrünə qədər uşaqlar nevropatoloqun, pediatrın və uşaq psixiatrının, lazım olarsa, psixoloqun da bir nəzarətində olmalıdır ki, vaxtında bu hadisələri, bu xəstəlikləri qabaqlaya bilək. Amma əlbəttə ki, bu xəstəlik əgər varsa, yeniyetməlikdə bunun daha çox alovlandığı dövrdür və bu dövrdə artıq ciddi müalicələrə başlanılır: psixiatırın müalicəsi, lazım gələrsə psixoloqun müalicəsi və beləliklə də xəstəliyi daha yüngülləşdirmək mümkün olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB