Yunanıstanın ANA-MPA agentliyinin məlumatına görə, Korinf körfəzində — dəniz yatağından 20 ilə 700 metr dərinlik arasında — az duzluluğa malik, təxminən 250 kubkilometr həcmində qədim su hovuzu aşkar edilib. Hovuzun yaşı təxminən 800 min il qiymətləndirilir və onun son buzlaşma dövrlərində formalaşdığı ehtimal olunur.
Tədqiqatçı Senay Xorozal bildirib ki, körfəz tektonik baxımdan aktiv rift zonası hesab olunur. Son yüz min illər ərzində dəniz səviyyəsində baş verən kəskin dəyişikliklər bura sahil-su sistemlərinin öyrənilməsi üçün ideal təbii laboratoriyadır.
Kompüter modellərinə əsasən, buzlaşma dövrlərində dəniz səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində yağış və çay suları təbii çöküntülərə süzülərək toplanıb. S.Xorozal əlavə edib ki, az keçiriciliyə malik layların olması həmin suların 800 min il ərzində sabit qalmasına şərait yaradıb.
Alimlər hesab edirlər ki, Yunanıstanda artan su tələbatı fonunda bu kimi sahilaltı su sistemlərinin xəritələndirilməsi və qorunması böyük strateji əhəmiyyət daşıyır.
Bununla yanaşı, tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu ehtiyatların istismarı zamanı ekoloji həssaslıq xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB