Türkiyədə baş verən zəlzələ başda İstanbul və Çanaqqala olmaqla Tekirdağ, Bursa, İzmir, Manisa kimi bir çox vilayətdə hiss edilib. SİA xəbər verir ki, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ ilə əlaqədar başda Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) olmaqla ölkənin bütün aidiyyəti qurumlarının səfərbər edildiyini və əraziyə baxış işlərinə başlanıldığını bildirib.
Qeyd edək ki, AFAD-dan verilən açıqlamaya əsasən, Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda meydana gələn zəlzələnin ocağı yerin 5,99 kilometr dərinliyindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB