DSMF və Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında əməkdaşlıq müzakirə olunub
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondunun (DSSF) nümayəndə heyəti ilə görüşüb. DSMF-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə nümayəndə heyətinin üzvlərinə son illər ərzində ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib.
Bu sahədə tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və sosial təminat sahəsində müəyyən edilmiş prioritet istiqamətlərdən danışılıb.
DSSF-nin İdarə Heyəti sədrinin müşaviri Toleubek Kaziyev Qazaxıstanın məcburi sosial sığorta sistemi, ölkədə sosial xidmətlərin rəqəmsallaşdırılması və sosial ödənişlərin avtomatlaşdırılması, bu sahədə süni zəkanın tətbiqindən bəhs edib.
İki qurum arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB